SOCAR küləklə əlaqədar dənizdən 420 işçisini təxliyə edib

SOCAR küləklə əlaqədar dənizdən 420 işçisini təxliyə edib
14:55 2 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Anastasiya Savçenko - Trend:

Ölkə ərazisində hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Trend-ə bildirib ki, təxliyə prosesinin təşkilində şirkət lazımı təhlükəsizlik tədbirlərini təmin edib.

Hava şəraiti normallaşandan sonra şirkət əməkdaşları iş yerlərinə qaytarılacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3157450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR