Bazarda QƏTLİAM: 11 ölü, 20 yaralı

Bazarda QƏTLİAM: 11 ölü, 20 yaralı
15:03 2 Dekabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Bəşər Əsəd rejimi Suriyanın İdlib şəhərinə aviazərbələr endirib.

Publika.az xəbər verir ki, nəticədə 11 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hücumun hədəfi İdlib Gərginliyi Azaltma Bölgəsinin sərhədləri daxilindəki bazarlar olub.

Bundan başqa, Rusiyanın döyüş təyyarələri səhər saatlarından etibarən İdlibin cənubundakı Kəfər Səcnə və Hiraki kəndlərinə hücum edib. Bu barədə müxalif qüvvələrin təyyarələri müşahidə məntəqəsindən açıqlama gəlib.

Qeyd edək ki, oktyabr ayından bu yana İdlib Gərginliyi Azaltma Bölgəsində Əsəd rejimi, İran dəstəkli qruplaşmalar və Rusiyanın hücumları nəticəsində 62 min dinc sakin qaçqın düşüb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/297886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR