İdarə rəisi: "Etibarnamələrlə bağlı elektron qaydada sorğunun qəbul olunması cəmi 5 dəqiqə çəkir"

İdarə rəisi: "Etibarnamələrlə bağlı elektron qaydada sorğunun qəbul olunması cəmi 5 dəqiqə çəkir"
17:22 2 Dekabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

"Etibarnamələrin elektron qaydada verilməsi sisteminə peşəkar hüquqşünaslar nəzarət edir"
"Report" xəbər verir ki, bunu etibarnamələrin elektron qaydada verilməsi sistemi ilə bağlı keçirilən mətbuat konfransında Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib. 
Onun sözlərinə görə, etibarnamələrlə bağlı elektron qaydada sorğunun qəbul olunması cəmi 5 dəqiqə çəkir: "Bizim komandalarımız çox sıx işlədi və belə bir xidməti ortaya çıxarıldı. Həftənin 7 günü 24 saat notariusların göstərdiyi avtomobillərə elektron etibarnamə verilməsi xidmətindən yararlanmaq olacaq".
Qeyd edək ki, “myGov” platforması üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb. Bu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/i-dare-reisi-etibarnamelerle-bagli-elektron-qaydada-sorgunun-qebul-ol

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR