SMS texnologiyasının əvəzetməsi istifadəçilər üçün təhlükəlidir?

SMS texnologiyasının əvəzetməsi istifadəçilər üçün təhlükəlidir?
17:35 2 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

“SRLabs” şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri dünyada mobil operatorlar tərəfindən “RCS” (Rich Communication Services) texnologiyasının tətbiqi ilə əlaqədar bir sıra boşluqlar aşkar ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, SİM kartların təhlilindən sonra aşkar edilmiş təhlükəsizlik səhvləri istifadəçinin yeri, onun telefon nömrəsi və ya mətn mesajlarının məzmunu haqqında informasiyanın əlçatan olmasına səbəb ola bilərdi. Bir operatorda baş vermiş hadisə zamanı məlum olub ki, istənilən proqram RCS texnologiyasının konfiqurasiya faylına müdaxilə edə və qurğu sahibinin adını, parolunu, həmçinin səs çağırışları və yazışmalarının tarixçəsini ələ keçirə bilərdi.

 

“RCS” – köhnə SMS texnologiyasını əvəz etmək üçün hazırlanmış yeni mesajlaşma standartıdır. Texnologiya “WhatsApp” kimi müasir messencerlərdə olduğu kimi, bir çox funksiyaları dəstəkləyir. Standartın özündə ciddi təhlükəsizlik səhvi yoxdur, problem operatorlardadır.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-64581-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR