Rakitiç "Barselona"da qalmaq istəyir

Barselona”nın futbolçusu İvan Rakitiç Kataloniya klubundakı gələcəyi haqda danışıb.

Metbuat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi oynayacağı təqdirdə komandada qalmaq istədiyini bildirib:

“Daim heyətdə olmaq istəyirəm. Əgər oynaya bilsəm, mənim üçün “Barselona”dan daha yaxşı bir yer yoxdur. Hər günümün dadını çıxarmaq istəyirəm”.

Qeyd edək ki, İvan Rakitiç 2014-ci ildən “Barselona”nın formasını geyinir. Son vaxtlar heyətə düşməkdə çətinlik çəkən futbolçunun “İnter”ə keçəcəyi haqda xəbərlər yayılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR