Bakıda "AZZA"ya silahlı basqın - Kassa oğurlandı

Bakıda "AZZA"ya silahlı basqın  - Kassa oğurlandı
20:18 2 Dekabr 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda şirniyyat dükanına basqın edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70-də baş verib.

Naməlum şəxs həmin ünvanda yerləşən "AZZA" şirniyyat dükanına daxil olaraq orada işləyən Atakişiyev Ülvi Elşad oğlunu bıçaqla öldürməklə hədələyib.

Naməlum şəxs satıcıdan kassadakı pulları tələb edib.

Nəticədə həmin şəxs kassadan 950 manat və 1 ədəd "Alpha Line" içkisini götürərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən keçmiş məhkum Abdullayev Arzu Nemət oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/297924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR