Yeni ildə 7 gün iş olmayacaq

Yeni ildə 7 gün iş olmayacaq
21:12 2 Dekabr 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar verib. 
"Report" xəbər verir ki, müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb. 
Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.
Qərara əsasən, 2019-cu ilin dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-sı qeyri-iş günü sayılır.   
Qeyd edək ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/yeni-ilde-7-gun-is-olmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR