"Qarabağ" səfərdə "Sabah"a qalib gəlib

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, turun son günündə bir oyun keçirilib.

Günün yeganə qarşılaşması “Bank Respublika Arena”da baş tutub. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Sabah” öz meydanında son çempion “Qarabağ”ı qəbul edib.

Yarışın lideri paytaxt klubunun müqavimətini qırmaqda çətinliklə üzləşib. Qurban Qurbanovun yetirmələri yalnız qarşılaşmanın sonlarında qələbə qoluna imza atmağa nail olub. “Qarabağ” bu qələbə ilə ən yaxın izləyiciləri ilə xal fərqini 8-ə çatdırıb. Xorvatiyalı baş məşqçisi Zelko Sopiçin debütü uğursuz alınan “Sabah” isə 5-ci pilləyə yüksəlmək şansını qaçırıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Zirə”ni 3:0, “Keşlə” “Sumqayıt”ı 2:1 hesabı ilə yenib, “Səbail” – “Neftçi” qarşılaşmasında qol vurulmayıb.

Azərbaycan Premyer Liqası
XIII tur

2 dekabr (bazar ertəsi)
“Sabah” – “Qarabağ” - 0:1

Qol: Zubir, 74
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR