Ziya Bünyadov prospektində baş vermiş qəzada 5 nəfər xəsarət alıb

Bakının Binəqədi rayonunda, Ziya Bünyadov prospektində baş vermiş ağır yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb.

Metbuat.az-ın məlumatına görə, yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Onlardan birinin - hamilə qadının vəziyyətinin ağır olduğu deyilir. Həmin şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, yol qəzasının 10-MD-081 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürət həddini aşması səbəbindən meydana gəldiyi bildirilir. Ərazidə olan polis əməkdaşlarının verdiyi məlumata görə, həmin avtomobil metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və qarşı yola keçib, nəticədə əks hərəkət zolağı ilə hərəkətdə olan digər "BMW" və "Opel" markalı nəqliyyat vasitələrinə çırpılıb. / APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR