Türkiyə ordusunun antiterror əməliyyatında 2 əsgəri şəhid olub, 1 hərbçi yaralanıb

Türkiyə ordusunun antiterror əməliyyatında 2 əsgəri şəhid olub, 1 hərbçi yaralanıb
02:27 3 Dekabr 2019
106 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Suriyada həyata keçirdiyi "Barış pınarı" əməliyyatı bölgəsində 1 türk əsgəri şəhid olub.
Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.
Milli Müdafiə Nazirliyinin xəbərində qeyd edilir ki, türk əsgəri antiterror əməliyyatı zamanı ağır yaralanıb. O, hospitala yerləşdirilsə də, yaralının həyatını xilas etmək mümkün olmayıb. 
Əməliyyat zamanı terrorçulara aid hədəflər məhv edilib.
Türkiyə ordusunun İraqın şimalında apardığı "Pəncə-3" antiterror əməliyyatı zamanı PKK terrorçuları ilə atışmada daha 1 türk əsgəri şəhid olub, digəri yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-ordusunun-2-esgeri-sehid-olub-1-herbci-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR