Cakartada partlayış olub, xəsarət alanlar var

Cakartada partlayış olub, xəsarət alanlar var
07:22 3 Dekabr 2019
115 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İndoneziyanın paytaxtı Cakartada partlayış baş verib.

Trend-in "Jakarta Post" qəzetinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07:05-də meydana gələn partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yerli polis nümayəndəsi bildirib ki, xəsarət alanlar arasında iki hərbçi də olub, onlar xəstəxanaya yerləşdiriliblər.

Hazırda partlayışın səbəbi araşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3157745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR