Azərbaycan Kuboku: Bu gün "Qarabağ"ın rəqibi müəyyənləşəcək

Azərbaycan Kuboku: Bu gün "Qarabağ"ın rəqibi müəyyənləşəcək
07:22 3 Dekabr 2019
111 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda mübarizəyə start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə 1/8 final mərhələsinin 4 görüşündən biri keçiriləcək. "ASCO Arena"da "Keşlə" I Divizion təmsilçisi "Kəpəz"lə üz-üzə gələcək.
Hazırda "Keşlə" Premyer Liqada 2-ci, "Kəpəz" isə I Divizionda 5-ci pillədə qərarlaşıb. Bu mərhələdə qalib bir oyunluq mübarizə nəticəsində müəyyənləşir. Cütün üstün tərəfi növbəti mərhələdə "Qarabağ"a rəqib olacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin qalan 3 görüşü dekabrın 4-də keçiriləcək.
Azərbaycan Kuboku, 1/8 final
3 dekabr (çərşənbə axşamı)
15:00. "Keşlə" – "Kəpəz"
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”, 15:00 ("CBC Sport"/canlı)

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-kuboku-bu-gun-qarabag-in-reqibi-mueyyenlesecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR