Hindistanın cənubunda güclü yağışlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Hindistanın cənubunda güclü yağışlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb
09:47 3 Dekabr 2019
114 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Tamilnad əyalətində son dörd gündə yağan leysan yağışlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Hindistanda yağış divarı uçurdu: 15 nəfər öldü

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Times of India" qəzeti məlumat yayıb.

Bundan əvvəl yayılan məlumatda qeyd olunurdu ki, səhər saatlarında Koimbatur şəhərinin yaxınlığındakı bir kənddə güclü yağış səbəbindən evlərin divarları çöküb. Nəticədə 17 nəfərin öldüyü təsdiqlənmişdi.

Daha 8 nəfər güclü yağışın səbəb olduğu müxtəlif bədbəxt hadisələr nəticəsində həyatını itirib. Hökumət artıq bütün ölənlərin ailələrinə kompensasiya ayırıb.

Bundan əlavə, qəzetin yazdığına görə, musson yağışlarından ən çox zərər çəkən Tamilnad əyalətindəki Tutikorin, Kuddalur və Tirunelveli bölgələrində təxminən 1000-dək sakin təcili yardıma ehtiyacı olanlar üçün düşərgələrə yerləşdirilib.

Güclü yağışlar, həmçinin 58 mal-qaranın da tələf olmasına səbəb olub. Təxminən 1,7 min evə ziyan dəyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/807224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR