Bu gün deputatlar 15 məsələni müzakirə edəcəklər

Bu gün deputatlar 15 məsələni müzakirə edəcəklər
09:52 3 Dekabr 2019
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, deputatlar Ailə Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Mülki Məcəlləyə, "Tibbi sığorta haqqında", "İcbari sığortalar haqqında" və digər qanunlara dəyişiklər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 15 məsələ daxildir.

Qeyd edək ki, dekabrın 2-də Milli Məclisin plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar qəbul edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/807225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR