"Komandada psixoloji gərginlik var" - Qurban Qurbanov

"Komandada psixoloji gərginlik var" - Qurban Qurbanov
10:12 3 Dekabr 2019
108 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında XIII turun "Sabah" - "Qarabağ" (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib.

- Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. İstədiyimiz oyunu göstərməsək də, bu, bir az da mümkün deyildi. Eyni şey hər iki komandaya aiddir. Futbolçular çox əziyyət çəkdi.

- Rəqibdə dəyişiklik hiss etdiniz?

- Fərqli oyun üslubu var idi. Qarşıdakı oyunlarda bunu daha çox görəcəyik. İstədiklərini tam göstərməyə vaxt lazımdır.

- Avropa Liqası oyunundan sonra komandada vəziyyət necədir?

- Normaldır. Bir az psixoloji gərginlik var. Bunu hiss edirəm. Qarşıdakı oyunlara baxmalıyıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/807237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR