Bakıda DƏHŞƏTLİ QƏZA: 5 nəfər xəsarət aldı

Bakıda DƏHŞƏTLİ QƏZA: 5 nəfər xəsarət aldı
10:13 3 Dekabr 2019
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakıda baş verən yol qəzasında 3 avtomobil toqquşub.

Yol-nəqliyyat hadisəsi Ziya Bünyadov prospektində qeydə alınıb.

Adıçəkilən prospektin Nəcəf Nərimanov küçəsi ilə kəsişməsində (20 yanvar dairəsi istiqamətində) baş verən qəzada 3 avtomobil toqquşub, nəticədə 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən şəxslərdən 2-si ambulator müalicəyə yola salınıb. Stasionar müalicə alan şəxslərdən 1994-cü il təvllüdlü Quliyev Teymur Tofiq oğlu travmatologiya, 35 yaşlı Marina və 25 yaşlı Aleksandr isə reanimasiya şöbəsindədirlər. (trend)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/297951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR