Nazir müavini: "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemin tətbiqi aqrar xidmətləri fermerlər üçün daha əlçatan edir"

Nazir müavini: "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemin tətbiqi aqrar xidmətləri fermerlər üçün daha əlçatan edir"
11:32 3 Dekabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

"Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi aqrar xidmətləri fermerlər üçün daha əlçatan edir. Xidmətlərin elektronlaşdırılması subsidiyaların verilməsində vaxt itkisini aradan qaldıracaq, prosesin daha şəffaf şəkildə təmin olunmasına imkan verəcək, ünvanlığı təmin edəcək".
"Report" Kənd Təsərüffatı Nazirliyinə istinadən xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Şabran və Siyəzən rayonlarında keçirdiyi görüşlər zamanı deyib.
"Fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməsi istiqamətində 2019-cu il ərzində mühüm işlər görülüb, indi isə prosesin daha mühüm mərhələsi - payızlıq əkinlərin bəyan edilməsi dövrü başlanıb. Fermerlər hansı məhsulu əkdiklərini sistemdə bəyan etməlidir. 2020-ci ildən subsidiyalar bu bəyanlar əsasında veriləcək. Artıq 110 mindən çox fermer payızlıq əkini bəyan ediblər. Fermerlərimizi bu prosesi sürətləndirməyə, yerli icra hakimiyyəti orqanlarını sənədlərin toplanması, yenilənməsi, meydana çıxa biləcək texniki problemlərin həlli məsələsində fermerlərə dəstək olmağa çağırıram", -deyə nazir müavini bildirib.
Məlumata görə, görüşlərdə yerli icra hakimiyyəti strukturlarının nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, EKTİS-in tətbiqində iştirak edən əməkdaşlar, bələdiyyə sədrləri, fermerlər iştirak ediblər.
Müzakirələr zamanı Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri EKTİS-in tətbiqi ilə əlaqədar verilən sualları cavablandırıb, yeni subsidiya mexanizminin fermerlər üçün yaratdığı üstünlüklər barədə izahat işi aparıblar.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbər heyəti EKTİS-in tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi mərhələsinin başlaması ilə əlaqədar bütün bölgələrdə maarifləndirici sessiyalar keçirir. Bu gün analoji görüşlərin İmişli, Saatlı və Sabirabad rayonlarında keçirilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/aqrar-xidmetlerin-elektronlasdirilmasi-ne-ved-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR