Küveyt "Saudi Aramco"un 1 milyard dollarlıq səhmini alacaq

Küveyt "Saudi Aramco"un 1 milyard dollarlıq səhmini alacaq
11:37 3 Dekabr 2019
82 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının milli neft şirkəti - "Saudi Aramco"un səhmlərinin kütləvi tədavülünə (IPO) dəstəklə bağlı rəsmi Ər-Riyadın bölgədəki müttəfiqlərinə etdiyi müraciətə Küveyt müsbət cavab verib. 
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu ölkə 1 milyard dollarlıq səhm almaq niyyətindədir. 
Məlumata görə, Küveytin investisiya təşkilatı bu addımı doğru hesab etməsə də, hökumət sözügedən investisiyanın strateji maraqlara uyğun olduğunu bildirib. Bundan sonra Birləşmiş Ərəb Əmirlikləri də "Saudi Aramco"nun səhmlərinə 1,5 milyard dollar pul qoyacağını açıqlayıb. 
Xatırladaq ki, dünyanın ən böyük şirkətlərindən biri səhmlərinin 20%-ni satmaqla 25 milıyard dollar gəlir əldə etməyi planlaşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/kuveyt-saudi-aramco-un-1-milyard-dollarliq-sehmini-alacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR