Kanadanın baş nazirinin təyyarəsi istifadəyə yararsız hala düşüb

Kanadanın baş nazirinin təyyarəsi istifadəyə yararsız hala düşüb
12:17 3 Dekabr 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Kanadanın baş naziri Castin Tryudonun əsas təyyarəsi qəzaya uğrayıb və 2020-ci ilin avqust ayına qədər sıradan çıxıb.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Kanada Silahlı Qüvvələrinin məlumatına görə, hadisə bu il oktyabrın 18-də Ontario vilayətinin Trenton şəhərindəki hərbi hava bazasında baş verib. Təyyarə anqara çırpılıb və ona xeyli ziyan dəyib.
Bu təyyarənin baş naziri beynəlxalq tədbirlərə apardığı qeyd olunur. Baş nazirin vəziyyətin nə tələb etməsindən asılı olaraq ehtiyatda daha dörd təyyarəsi var.
C.Tryudo Londonda keçirilən NATO sammitinə Hərbi Hava Qüvvələrinin başqa təyyarəsində uçub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kanadanin-bas-nazirinin-teyyaresi-istifadeye-yararsiz-hala-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR