Tramp Ağ Evdən ayrılarkən həyat yoldaşını "unudub"

Tramp Ağ Evdən ayrılarkən həyat yoldaşını "unudub"
12:27 3 Dekabr 2019
93 Digər
Ölkə mətbuatı
A- A+

"FOX 10 Phoenix" telekanalı ABŞ Prezidenti Donald Trampın Ağ Evdən ayrılan zaman helikopterlə uçuş öncəsi hərəkətlərinin videosunu paylaşıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, jurnalistlərin diqqətini incə məqam çəkib.
Belə ki, D.Tramp helikopterə doğru irəliləyərkən onun birgə uçmalı olan həyat yoldaşı Melaniyanı "unutduğu" iddia edilir. Videoda Trampın yarı yolda ayaq saxladığı və xanımının da gəlməsini gözlədiyi aydın görünür.
Qeyd nedək ki, bu cütlük dəfələrlə çətin vəziyyətlərə düşməsi ilə diqqət mərkəzində olub. Məsələn, Çexiyanın baş naziri Andrey Babişin Ağ Evə səfəri zamanı Tramp fotosessiya üçün onu gözləyən həyat yoldaşını unudub və qonaqla içəriyə daxil olub. Melaniya isə Floridada keçirilən tədbir zamanı həyat yoldaşı ilə şəkil çəkdirməkdən imtina edib.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-ag-evden-ayrilarken-heyat-yoldasini-unudub-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR