Lavrov: "Biz həmsədr qismində Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik"

Lavrov: "Biz həmsədr qismində Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik"
13:37 3 Dekabr 2019
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Biz həmsədr qismində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mətbuat konfransı zamanı deyib.

O bildirib ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə səmərəli görüş keçilirib.

Nazir xatırladıb ki, ötən həftə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri baş tutub:

"Səfərin yekununda vacib razılaşmalar əldə olunub".

S.Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında uzanmış münaqişələrdən biridir:

"Biz anlayırıq ki, kompromis olmalıdır. Biz həmsədrlər olaraq məsələnin həllinə kömək göstərəcəyik. Ümid edirik ki, nəticələr olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/807366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR