Doktorantura səviyyəsində adambaşına maliyyələşməyə keçidlə bağlı təkliflər hökumətə təqdim edilib

Doktorantura səviyyəsində adambaşına maliyyələşməyə keçidlə bağlı təkliflər hökumətə təqdim edilib
13:50 3 Dekabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi doktorantların təhsil xərclərinin adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilməsi barədə təkliflər hazırlayaraq hökumətə təqdim edib.

Trend-in məlumatına görə, bunu Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, ali təhsilin bakalavriat və magistratura səviyyələrində adambaşına maliyyələşdirmə sisteminə keçilib: "Lakin yeni sistem doktorantura səviyyəsini əhatə etməyib. Bununla əlaqədar Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində dövlət sifarişi əsasında təhsil alan doktorantların təhsil xərclərinin adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilməsi barədə təkliflər hazırlayaraq hökumətə təqdim edilib".

C.Bayramov əlavə edib ki, elmi tədqiqat işlərinin sayının artırılması ilə yanaşı, keyfiyyət əmsalının da artırılmasına xüsusi diqqət yetirmək lazımdır.

Nazir qeyd edib ki, bu istiqamətdə əsərlərin yüksək impakt faktorlu jurnallarda çap olunması, çoxlu sayda istinad qazanması və elmi ictimaiyyət tərəfindən tanınması üçün strategiyalar hazırlanmalıdır:

"Elmi tədqiqatların maliyyələşməsində biznes sektorunun çəkisinin artması diqqəti xüsusi cəlb edir. 2001-2011-ci illərdə tədqiqat və layihələndirmə işlərinə sərf edilən vəsaitlərin çəkisində özəl sektorun payı bəzi dünya ölkələrində artıb".

C.Bayramov bildirib ki, bu gün dünyada bir sıra risklər mövcuddur. İqlim dəyişikliyi, ekoloji tarazlığın pozulması, peşə və ixtisasların sürətlə dəyişməsi kimi risklər bütün ölkələri, o cümlədən Azərbaycanı da narahat edən problemlərdəndir: "Həmin risklərin yaratdığı təhdidlərdən qorunmaq üçün ölkələr yeni istiqamətlər, çağırışlar üzrə tədqiqatlara başlayıb. Belə şəraitdə Azərbaycanda da elmin prioritet istiqamətlərinə yenidən baxılmalıdır. İstiqamətlər müəyyənləşərkən qlobal çağırışlar nəzərə alınmalıdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3158016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR