Devid Bekhem qızını cinsi istismara hazırlayır

Devid Bekhem qızını cinsi istismara hazırlayır
14:08 3 Dekabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Devid Bekhem qızının dodağından öpüb. Nə qədər iyrənc haldır, deyilmi? Ata özündən doğulan körpə qızını cinsi istismara hazırlayır.

İndi gəlin, mental libasımızı soyunub davam edək. Uşaqların seksual fantaziyaları böyüklərə nisbətən çox ibtidai, lap elə yox dərəcəsindədir. Onlar üçün çılpaq insan əynində paltar olmayandır, öpüş seksin ilkin mərhələsi yox, güvən göstəricisidir.

Əsla övladınızın önündə lüt gəzin demirəm. Hətta sevgi damcılarınızı dodaqlarına tökməyinizi də doğru saymıram. Ən azı ona görə ki, quql sayda infeksiya və mikrob göbələkciklərinizin ovuc boyda orqanizmlərinə qol-budaq atmasını təmin etmiş olursunuz.

Bəzən də dünyanın 6 mindən çox dildə danışdığına sevinirəm. Hətta baş parlament qərargahı, milli məclis tribunası, debat toplantılarının episentri olan feysbukda gözümə girən bəzi məqamları anlamamaq üçün beynimdəki azərbaycan dili funksiyasını bloklamaq istəyirəm.

Orta statistik tik-toker gənc ata qürurla status yazır- Uşaqları məscidə apardım. Bir az qəlblərinə mərhəmət gəlsin. Küçədəki pişiklərin başlarını kəsib basdırırlar, quş, böcək demirlər, ay qardaş… Hamısını şikəst edib üstümə gəlirlər.

Bekhemi lənətləyən, digər ortabab statistik tik-toker də öncə uşaqların genitaliyalarına olan aclığını bir sehrli cümlə ilə tamamlayıb, sözünə davam edir. Ay brat, vallah biz ondan betərini edirdik. Amma məscidə aparmağın yaxşı addımdır. Qoy imanlı olsunlar.

Məncə də olsunlar. Heç olmasa pişiyin əl ayağını kəsəndə, halallıq üçün Allahu Əkbər deyəcəklər. Sonra koşlamış adamlıqları rastlarına çıxan qadınların ümidlərini-arzularını şaqqalayıb şişə çəkəcək. Son mərhələdə Kəbəni ziyarət edib imanlarına yeni antivirus yazdıracaqlar.

İçindəki bəşər sevgisi nifrətindən ağır gələn din aşiqlərindən üzr istəyirəm. Amma uşağınızın ürəyini heyvan sevgisi ilə bəzəməyəndən sonra, heç bir müqəddəs kitab qurumuş çöllərə leysan olub yağmayacaq.

Məsələn əxlaqsız Devid qızının doğulacağını öyrənən kimi mağazaya qaçıb balaca buldoq alır ki, ona da atalıq eləsin. Qızı heyvanla əl-ələ, göz-gözə böyüsün.

Fransada qonşumun 11 yaşlı qızı sümük ovulmasından əziyyət çəkirdi. Anası hər gün boz şəhərdə günəş kimi işıldayan möcüzəsini tibbi prosedurlara aparırdı. Hər dəfə maşının qapısına nəhəng bir it qısılıb, “ağrılarını susdurmasam da, sümüklərim səninlə birgə sızlayır” deyirdi.

Bizim paytaxtın hər məhəlləsində isə 1 tonluq mal-qaranı dar ağacından asıb iliyimizi inildədirlər. Sonra da heyvan başlarını küçələrə düzüb qanını süpürgə ilə təmizləyirlər. Siz heç kötüyü ölüm qoxan o ağaclara dolanmış iplərə qışın soyuğunda baxmısınız?! Üzünü üfürən külək də ağrıdan qışqırır.

Hələ vegetarian deyiləm. Amma bu vəhşi prosesin də körpə beyinlərdə vaxtından tez oyatmaq istəmədiyiniz cinsi yetkinlik kimi intim olduğunu düşünürəm. Ət mağazada digər ərzaqlar kimi hazır qablaşdırılmada satılmalıdır. Allah buyurub deyə tik-toker təfəkkürlü babalar qoyunun fışqıran qanını sindur məsəli uşaqların alnına sürtməkdənsə, dönə-dönə dodağından öpsün.

Nəticə:

Uşaqlarınızın dodağından öpməyin. Çünki ağzınızda toplaşan xəstə tarakanları onların körpə bədənlərinə ötürmüş olursunuz.

Uşaqlarınızın gözü önündə ayaq sayından asılı olmayaraq, canlıları kəsib-doğramayın. Çünki beyninizə darışan yırtıcı qurdları onların məsum təfəkkürünə tökmüş olursunuz.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/koshe/297977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR