Anar Ağakişiyev İstanbulda ev aldı - Azərbaycandan gedir?

Anar Ağakişiyev İstanbulda ev aldı - Azərbaycandan gedir?
16:05 3 Dekabr 2019
122 Şou
Ölkə mətbuatı
A- A+

Kimsə şayiə yayıb ki, Bakıdan köçürəm. Bu da müştərilərimi narahat edir. Çünki gələn ilin sentyabrına qədər yazılan gəlinlərim var. Buradan demək istəyirəm ki, mən Bakıdan birdəfəlik köçmürəm.

Milli.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında stilist Anar Ağakişiyev deyib. Son günlər İstanbulda məşhurları bəzəməklə gündəmə gələn stilist Azərbaycanı tərk etməsi ilə bağlı dedi-qodulara son qoyub. Anar Türkiyədən ev alması haqda da danışıb:

"Gedib-gəlmək İstanbula köçməyim demək deyil. Orada evim hazırlanır. Hələ köçmürəm. Lazım olanda gedəcəm, lazım olanda qayıdacam. Buradakı müştərilərimi də gözüyolda qoymaram.  

Mənim köçməyimi arzu edənlər var. Amma yox, onları bu niyyətlərinə çatdırmayacam. İki ilə Parisə köçməyi düşünürəm. Demet Akalınla tanış oldum. Qərar verdim ki, ortada olan iki ili başqa yerlərdə dəyərləndirim. Hazırda İstanbul təkliflərini dəyərləndirməklə məşğulam".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/807392.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR