Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib.
Metbuat.az xəbər verir ki, ilk oyun günündə “Keşlə” “Kəpəz”i qəbul edib.
Matç “Keşlə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu mərhələdə qalib bir oyunluq mübarizə nəticəsində müəyyənləşdiyindən "Keşlə" 1/4 finala vəsiqə qazanıb və "Qarabağ"a rəqib olub.
Qeyd edək ki, bu mərhələnin digər oyunları sabah oynanılacaq.