Bakıda yeniyetmələrə siqaret satan beş satıcı cərimələnib

Bakıda yeniyetmələrə siqaret satan beş satıcı cərimələnib
20:22 3 Dekabr 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda yeniyetmələrə siqaret satan beş satıcı cərimələnib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin Nizami, Xətai və Suraxanı RPİ əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində qeyd olunan rayonlar ərazisində mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Həmin mağazaların satıcıları - H.Bəbirov, A.Şahməmmədov, Ə.Şükürov, Ə.Əsədullayev və İ.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3157906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR