Azərbaycan Kuboku: "Keşlə" 1/4 finala yüksəldi

Azərbaycan Kuboku: "Keşlə" 1/4 finala yüksəldi
20:32 3 Dekabr 2019
114 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.

Milli.Az xəbər verir ki, ilk oyun günündə bir oyun keçirilib. "ASCO Arena"da "Keşlə" I Divizion təmsilçisi "Kəpəz"i qəbul edib. 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi növbəti mərhələyə yüksəlib.

"Keşlə" 1/4 finalda "Qarabağ"a rəqib olacaq.

1/8 final mərhələsinin qalan 3 görüşü dekabrın 4-də keçiriləcək.

Azərbaycan Kuboku, 1/8 final

3 dekabr (çərşənbə axşamı)

15:00. "Keşlə" - "Kəpəz" 3:1

QOL: Ruslan Əmircanov, 25, Xəzər Mahmudov, 56, 87 - Nodar Məmmədov, 45+1

QIRMIZI VƏRƏQƏ: Franko Flores, 45+2

Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Ruhulla Kərimov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

"ASCO Arena", 15:00.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/807469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR