2019-un ən yaxşı kameralı telefonları

2019-un ən yaxşı kameralı telefonları
21:12 3 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

DxOMark qurumu mobil telefonlar bazarda satışa çıxdıqdan sonra onların kamera testlərini edərək məhşurlaşan bir şirkətdir. Kiminə görə ən doğru kamera testlərini edərkən, kiminə görə isə bəzi markalar ilə sponsorluq müqavilələri imzalayaraq testlərdə aldadıcı məlumatlar verirlər. Əlbəttə bunlar sadəcə isbatlanmamış fikirlərdir. Bu səfər DxOMark saytı 2019-ci ilin ən yaxşı kameralarına malik cihazları açıqladı. Siyahıda ümumilikdə Huawei Mate 30 Pro və Xiaomi Mi CC9 Pro Premium Edition fərqlənərək liderliyi qoruyur.

Ən yaxşı kameraya malik telefonlar: Huawei Mate 30 Pro ve Xiaomi Mi CC9 Pro Premium Edition

  • DxOMark xalı: 121 

Bu iki cihaz ən yaxşı kameraya malik olan cihazlar olaraq 1-ci sıranı paylaşırlar. Lakin ikisi arasında seçim etməli olsanız, kameralarını daha ətraflı analiz etməli olacaqsınız. Çünki hər nə qədər 1-ci sıranı paylaşsalar da bir-birindən üstün cəhətləri var.

Ən yaxşı video çəkən telefonlar: Apple iPhone 11 Pro Max ve Xiaomi Mi CC9 Pro Premium Edition

  • DxOMark xalı:102

Hal-hazırda iPhone 11 Pro Max və CC9 Pro P.E cihazları mobil telefonlar arasında ən yaxşı video çəkilişi edən cihazlardır. Əgər peşakar kameralar almağa büdcəniz yetmirsə bu cihazları alaraq yüksək keyfiyyətli çəkilişlər edə bilərsiniz. (4K 60 FPS)

Ən yaxşı yaxınlaşdıran (zoom) telefon: Xiaomi Mi CC9 Pro Premium Edition    

  • DxOMark xalı: 109

Huawei P30 Pro-dan 14 xal daha yüksək toplayan Mi CC9 Pro P.E modeli 108 MP-lik kamerası hesabına daha detallı və dəqiq şəkillər çəkdiyi üçün şəkili yaxınlaşdıran zaman daha az bulanıqlığ olur. Həqiqətən möhtəşəm nəticədir.

Ultra geniş bucaq kamera çəkilişində ən yaxşı telefon: Samsung Galaxy Note 10+ 5G

  • DxOMark xalı: 42

        Ultra geniş bucaq kamera çəkilişlərində bir çox telefon yaxşı nəticələr göstərsə də liderlik Galaxy Note10+ 5G modelindədir. Tək rəqibi isə iPhone 11 Pro Max modelidir. Aralarında Note10+ 5G modelinə üstünlük verən tək nöqtə isə Note10+ 5G modeli iPhone 11 Pro Max-dan daha geniş ərazini çəkə bilir. Yəni aradakı bucaq fərqi əsas faktordur. Lakin DxOMark mühəndislərinin dediyinə görə iPhone 11 Pro Max daha dar bucaqda çəksə belə şəkillərdə detalları və keyfiyyəti daha yaxşı qoruyur.

Gecə çəkilişlərində ən yaxşı telefon: Huawei Mate 30 Pro

  • DxOMark xalı: 61

Yeni sensorlar və alqoritmaların çıxması səbəbilə artıq mobil cihazlarda gecə çəkilişləri daha yaxşı bir hal aldı. Lakin hələ də gecə çəkilişlərində Huawei Mate 30 Pro modeli liderliyi qoruyur. Huawei mühəndislərini bunun üçün təbrik etmək lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/806623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR