ABŞ avtomobil idxalına yeni rüsumların tətbiqini nəzərdən keçirir

ABŞ avtomobil idxalına yeni rüsumların tətbiqini nəzərdən keçirir
05:15 4 Dekabr 2019
159 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası hələ də avtomobillərə idxal rüsumlarının tətbiq olunmasının mümkünlüyünü istisna etmir.

Trend-in məlumatına görə, hal hazırda müəyyən şirkətlərlə danışıqlar gedir.

May ayında ABŞ lideri Ticarət Departamentinə istinadla AB, Yaponiya və digər ölkələrdən maşın və ehtiyyat hissələrinin idxalının "ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığını" demişdir. Bununla əlaqədar prezident ticarət danışıqlarında ABŞ-ın nümayəndəsi Robert Laytxayzerə Brüssel ilə ticarət sazişi ilə bağlı məsləhətləşmələr aparmağı və 180 gün ərzində nəticələr barədə məlumat verməyi tapşırmışdı, lakin bu müddətdən bitdikdən sonra noyabrın ortalarında heç bir yeni rüsumların tətbiqinə aid elan edilməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3158320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR