Azərbaycanda nar sortları artırılacaq

Azərbaycanda nar sortları artırılacaq
07:57 4 Dekabr 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda həm nar istehsalı, həm də ixracı ilbəil artır, o cümlədən narçılıq sahəsində baş verən yeniliklər, maarifləndirici tədbirlər və təlimlərin sayı çoxalır.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

F.Qaraşov bildirib ki, Azərbaycan narı əsasən MDB ölkələrinə ixrac olunur:

"Bu ildən iki yeni bazara, Polşa və Fransaya çıxış əldə etdik. Regionlarda daimi olaraq həm xaricdən dəvət olunmuş, həm də yerli ekspertlər tərəfindən narçılıq haqqında, o cümlədən qablaşdırma, sertifikatlaşdırılma, innovativ üsullar tətbiq etməklə bol məhsul alınması, ziyanvericilərə qarşı mübarizə ilə bağlı təlimlər keçirilir. Təbii ki, bütün bu görülən işlər ümumi istehsalın artmasına təsir edir.

Məqsədimiz mövcud nar sortlarının üzərində çalışaraq keçmişdə gnomonu məhv olmuş sortların bərpa edilməsi və mövcud dadlı sortların keyfiyyətinin daha da artırılması, ziyanvericilərə qarşı normal mübarizə aparmaqla, normal suvarılmasını və budanmasını təşkil etməklə istehsalı artırıb ixrac potensialımızın genişləndirilməsidir".

F.Qaraşovun sözlərinə görə, Azərbaycanda istehsal olunan sortlar turşaşirin, turş və şirin sortlardan ibarətdir: "O cümlədən Vələs, Gülöyşə, Azərbaycan gülöyşəsi, Balamürsəl sortu, qırmızıqabıq, ağqabıq, ağ-şirin sort narlar var. Hazırda 18-ə qədər sort yetişdirirk, ancaq ümumilikdə adlara görə təxminən 150-ə yaxın sort var. Onlar da vizual və tərkib olaraq eynidir. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin müvafiq institutları gnomonların bərpa edilməsi, mövcud sortların seleksiya üsulu ilə daha da artırılması, keyfiyyətinin yüksəldilməsi üzərində işlər aparır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/807247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR