"Google" şirkətinin yaradıcıları vəzifələrindən gedəcəklər

"Google" şirkətinin yaradıcıları vəzifələrindən gedəcəklər
10:12 4 Dekabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

"Google" şirkətinin yaradıcıları Larri PeykSergey Brin "Google"un "Alphabet" şirkətinin baş direktoru və sədri vəzifələrindən gedəcəklərini açıqlayıblar.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hər iki şəxs şirkətin İdarə Heyətində qalmağa davam edəcək.
Məlumata görə, "Google"un Baş icraçı direktoru (CEO) Sundar Pichai, bundan sonra "Alphabet"'in də Baş icraçı direktoru olacaq. "Alphabet" "Google" və onun şirkətlərinin yenidən qurulması məqsədi ilə 2015-ci ildə yaradılıb.
"Alphabet"in açıqlamasında şirkətin hədəfinin "daha təmiz və daha məsuliyyətli" işləmək olduğu qeyd edilib.
Xatırladaq ki, Page və Brin şirkəti 1998-ci ildə ABŞ-ın Kaliforniya ştatındakı bir qarajda yaratmışdılar.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/google-sirketinin-yaradicilari-vezifelerinden-gedecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR