“Bakı üçün çox darıxıram” - Alsu

“Bakı üçün çox darıxıram” - Alsu
10:17 4 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Rusiyanın Əməkdar artisti, rus estradasının ulduzu Alsu Bakı üçün darıxdığını və tezliklə yenidən Azərbaycanın paytaxtına gəlmək istədiyini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "Moskva-Baku" saytına müsahibəsində danışıb.

"Mən yenidən Bakıya gəlməyi çox istəyirəm. Bir ildir orada olmuram. Çoxlu dost və qohumlarımın olduğu Azərbaycanın paytaxtı üçün çox darıxıram. Qızım Mikella da dəfələrlə Bakıda olub. Çox ümid edirəm ki, tezliklə yenidən oraya gələcəyik", - Alsu deyib.

Qeyd edək ki, Alsu Azərbaycanın paytaxtına təkcə ailəsi ilə istirahət etmək və dostları ilə görüşmək üçün yox, həm də bir neçə klipinin çəkilişləri ilə bağlı səfər edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR