Ölüm xəbəri yayılan aktrisadan xəbər var

Ölüm xəbəri yayılan aktrisadan xəbər var
10:22 4 Dekabr 2019
129 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyalı akrisa Anastasiya Zavorotnyukun vəziyyəti yaxşılaşıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə onun yaxınları məlumat verib. Onlar bildirirlər ki, aktrisa hazırda gəzə, eşidə və danışa bilir. Vəziyyəti günü - gündən yaxşılaşır.

"İndi Anastasiya özünü daha yaxşı hiss edir. Əvvəllər baş ağrısından əziyyət çəkən Anastasiyanın yuxusu normallaşıb. Ağrıları daha onu narahat etmir. Həkimlər uğurla şişləri, sağlam hüceyrələrə zərər vermədən əməliyyat ediblər", - deyə bildirilir.

Hazırda Zavorotnyuk ölü hüceyrələrin orqanizmdən təmizlənməsi üçün ciddi pəhriz saxlayır. Ancaq xəstəliyin necə sonlanacağı, hələ ki, məlum deyil.

Qeyd edək ki, bir neçə gün öncə xərçəng  xəstəsi olan Anastasiya Zavorotnyukun ölüm xəbəri yayılmışdı.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/807556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR