Nobel prospektində iki maşın toqquşdu - FOTO

Nobel prospektində iki maşın toqquşdu - FOTO
10:32 4 Dekabr 2019
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhər saatlarında Bakıda daha bir yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Prospektlə şəhər istiqamətində hərəkətdə olan avtomobil idarəetməni itirərək eyni istiqamətdə hərəkətdə olan "Opel" markalı avtomobilə çırpılıb. Xoşbəxtlikdən "Opel"də olan azyaşlı uşağa xəsarət dəyməyib. Lakin hər iki avtomobilə ciddi ziyan dəyib.

Baş verən yol qəzası zamanı Nobel prospektində tıxac yaranıb.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/807560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR