Azərbaycan vətəndaşları Gürcüstana qızıl və brilyant daşları qanunsuz keçirməyə cəhd ediblər

Azərbaycan vətəndaşları Gürcüstana qızıl və brilyant daşları qanunsuz keçirməyə cəhd ediblər
10:32 4 Dekabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda “Qırmızı körpü” gömrük-keçid məntəqəsində noyabrın 20-dən dekabrın 2-dək Azərbaycan vətəndaşları saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Saxlanılan şəxslərin üzərlərinə və avtomobillərinə keçirilən baxış zamanı gömrük nəzarətindən gizlədilən dəyəri 23,116.29 lari olan 254,63 qram emal edilməmiş qızıl və 54 ədəd brilyant daş aşkar olunub.
Ekspertiziya əsasən, məmulatların ümumi gömrük dəyəri 27,968.35 lari təşkil edib.
Gürcüstan qanunvericiliyinə əsasən, Azərbaycan vətəndaşlarına qarşı müsadirə olunan malların dəyərinə bərabər məbləğdə cərimə sanksiyası tətbiq edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/azerbaycan-vetendaslari-gurcustana-qizil-ve-brilyant-daslari-qanunsuz

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR