AVRO-2020: Azarkeşlər üçün İsveçrədən Bakıya çarter reysləri təşkil olunacaq

AVRO-2020: Azarkeşlər üçün İsveçrədən Bakıya çarter reysləri təşkil olunacaq
10:37 4 Dekabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

AVRO-2020-nin Bakıda keçiriləcək oyunları üçün İsveçrədən Bakıya çarter reysləri təşkil olunacaq.
“Report” xəbər verir ki, bu barədə İsveçrənin “TRAVELclub” şirkətinin icraçı direktoru Viktor Tinari “Travelnews” portalına bildirib. Onun sözlərinə görə, İsveçrə millisi Avropa çempionatının 2 oyununu Bakı Olimpiya Stadionunda keçirəcəyi üçün bir çoxları buna Azərbaycanda səfər etmək üçün yeganə fürsət kimi baxacaqlar: “Avropa çempionatının oyunlarının fərqli ölkələrdə keçirilməsinin müsbət və mənfi tərəfləri var. Bu, yarışın bir ölkədə təşkil olunmasından fərqlənir. Püşkatmadan 48 saat sonra azarkeşlərimiz üçün Türkiyə ilə müqayisədə, Uelslə oyunun daha maraqlı olacağını müşahidə etdik. Azərbaycana məsafə uzaq olsa da, əksər tərəfdarlar deyə bilərlər ki, başqa vaxt Bakıya getməyəcəyəm. Son vaxtlar Bakıda və Qafqaz regionunda böyük ajiotaj var. Əlbəttə, Bakıya səfər Romaya olduğu qədər asan deyil. Ancaq güman ki, maraq göstərən azarkeşlər üçün çarter reysləri təşkil edəcəyik”.
Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Vladimir Petkoviçin baş məşqçi olduğu komanda iyunun 17-də Romada İtaliya ilə qarşılaşacaq. 
AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avro-2020-azarkesler-ucun-i-svecreden-bakiya-carter-reysleri-teskil-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR