Azərbaycan İƏT-də innovativ layihə işə salır

Azərbaycan İƏT-də innovativ layihə işə salır
11:55 4 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Eldar Canaşvili - Trend:

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüb.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov İƏT kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu mərkəz mövcud sistemin daha səmərəli inteqrasiyasına kömək edəcək və regional səviyyədə dayanıqlı inkişafa xidmət edəcək.

Nazir bildirib ki, kənd təsərrüfatı sahəsində regional əməkdaşlıq təşkilatı 400 milyondan çox sakinin ərzaq təhlükəsizliyini təmin edib və bu səylərin davam etməsi üçün daha sıx regional əməkdaşlıq qurulub.

İ.Kərimov əlavə edib ki, kənd təsərrüfatının dayanıqlı inkişafına nail olmaq üçün dövlət xidmətlərinin istənilən transformasiyası Azərbaycanda həyata keçirilən siyasətin ayrılmaz hissəsidir:

“Bu prinsipə əsaslanaraq hazırda fermerlər 70-dən çox kənd təsərrüfatı xidmətindən istifadə edirlər. İnnovasiyalar ölkələrimizin kənd təsərrüfatının inkişafında həlledici rol oynayır”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/economy/3158473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR