Bakıda avtomobil qaçıran 4 nəfər saxlanılıb

Bakıda avtomobil qaçıran 4 nəfər saxlanılıb
12:17 4 Dekabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda avtomobil qaçıran 4 nəfər saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini Z.Qasımov noyabrın 29-da Nəsimi rayonunun Moskva prospektindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib. 
Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.İsmayılov, Abşeron rayon sakinləri T.Əmiraslanov, S.Nəzərov və A.Alxanov saxlanılıblar.
Avtomobil T.Əmiraslanovun Hökməli qəsəbəsindəki evinin həyətində aşkar edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-qaciran-4-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR