Kassirin başını qatıb pulu apardılar - VİDEO

Kassirin başını qatıb pulu apardılar - VİDEO
14:12 4 Dekabr 2019
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda marketdən oğurluq edən şəxslər kameraya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 30-da Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən "Sahil" marketdə baş verib. Marketin sahibi Sahil Abdullazadə bildirib ki, mağazaya gələn iki nəfərdən biri kassiri makaronlar bölməsinə çağırıb ona suallar verərək başını qatıb. Bu zaman ikinci şəxs kassaya yaxınlaşaraq pulları götürüb.

S.Abdullazadə bildirib ki, hadisədən bir qədər əvvəl təhvil-təslim işləri görüldüyü üçün kassada pul az olub və həmin şəxs 70 manat oğurlayıb.

Bu barədə Nəsimi RPİ 19-cu Polis Bölməsinə müraciət olunub, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/807636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR