Hindistanda polis həmkarlarını atəşə tutub, ölənlər var

Hindistanda polis həmkarlarını atəşə tutub, ölənlər var
14:22 4 Dekabr 2019
87 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanın orta bölgəsindəki Çattisqarh ştatının Narayanpur dairəsində Hindistan – Tibet Sərhəd Polis Gücü (İTBP) düşərgəsində polis nəfərinin qəflətən həmkarlarına xidməti silahından atəş açması nəticəsində 6 nəfər ölüb, 2 nəfər də yaralanıb.
“Report” NDTV-yə istinadən xəbər verir ki, ştat mərkəzi Raipur şəhərinin 350 kilometrliyində baş verən hadisə zamanı polis baş müfəttişinin bildirdiyinə görə, 5 həmkarını öldürən konstebl Məsudul Rəhman daha sonra özünü güllələyib.
Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimala görə, atəş açan polis ona məzuniyyət verilmədiyi üçün əsəbiləşibmiş.
Yaralananlar Raipurdakı xəstəxanaya yerləşdiriliblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanda-polis-hemkarlarini-atese-tutub-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR