Sol zolaqdan sağa keçmək istəyən "Jiquli" qəzaya düşdü, bir neçə dəfə fırlandı - VİDEO

Sol zolaqdan sağa keçmək istəyən "Jiquli" qəzaya düşdü, bir neçə dəfə fırlandı - VİDEO
14:32 4 Dekabr 2019
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda baş verən dəhşətli yol qəzası kameraya düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Mərdəkan şosesinin Binə qəsəbəsindən keçən ərazisində baş verib.

Belə ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü geriyə dönmə edir. Ardınca bir neçə yüz metr irəlidə olan yanacaqdoldurma məntəqəsinə daxil olmaq üçün zolağı dəyişmək istəyir.

Bu zaman həm sürəti azaldır, həm də arxadan gələn nəqliyyat vasitəsinin yoluna çıxır. Nəticədə "Toyota Prado" markalı maşın onu vurur. Qəza zamanı "VAZ-2107" markalı avtomobil bir neçə dəfə fırlanır.

Digər avtomobillərin sürücüləri vaxtında reaksiya verərək qəzaya düşmürlər.

Videonu təqdim edirik:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/807639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR