Şevçenko ən yaxşı baş məşqçi oldu

Şevçenko ən yaxşı baş məşqçi oldu
14:47 4 Dekabr 2019
110 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna milli komandasını AÇ-2020-yə çıxaran Andrey Şevçenko ölkəsində 2019-cu ilin ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Milli.Az xəbər verir ki, ilin ən yaxşı qapıçısı "Şaxtyor" və millinin təcrübəli siması Andrey Pyatov seçilib. "Mançester Siti"nin 22 yaşlı yarımmüdafiəçisi Aleksandr Zinçenko isə Ukraynanı xaricdə ən layiqli formada təmsil edən əcnəbi adını qazanıb.

Şevçenko 2016-cı ildən çalışdırdığı yığmanı AÇ-2020-nin final mərhələsinə çıxarıb.

Seçmə mərhələni qrup lideri kimi tamamlayan ukraynalılar tarixlərində ilk dəfə ili məğlub olmadan başa vurublar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/807643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR