Bu hotellərin reytinq balı artacaq

Bu hotellərin reytinq balı artacaq
16:05 4 Dekabr 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinin müddəalarından biri turizm reyestrinin yaradılması ilə bağlıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib.

Onun sözlərinə görə, turizm reyestri dedikdə elə başa düşülməməlidir ki, turizm müəssisələri bunun üçün hansısa dövlət orqanlarına müraciət edəcəklər: "Bu, qətiyyən belə olmayacaq. Turizm reyestrinin mahiyyəti onda olacaq ki, yeni fəaliyyətə başlayan mehmanxanalar haqqında məlumatlar artıq dövlət orqanlarının elektron bazalarında olacaq. Lakin bəzi məlumatlar, məsələn, otaq və yataq sayı, işçilərin təlim ehtiyacları barədə məlumatlar turizm müəssisələri tərəfindən bazaya könüllü şəkildə daxil edilə bilər".

Q.Xeyirxəbərli bildirib ki, məlumatların reyestrə daxil edilməsi mehmanxanaların özləri üçün də xeyirli olacaq: "Çünki turizm reyestrində aktiv iştirak etmənin bəzi faydaları olacaq. Turizm müəssisələrinə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu vasitəsilə bir sıra elektron xidmətlər göstəriləcək. Reyestrə daxil olanlar bu xidmətlərdən asanlıqla istifadə edə biləcəklər".

Sektor müdiri deyib ki, reyestrdə aktiv iştirak müəssisələr üçün marketinq və təbliğat imkanın yaradılması deməkdir: "Reyestrdə müxtəlif reytinq cədvəlləri olacaq. Əgər mehmanxana özü haqqında daha çox məlumat daxil edərsə, onun reytinq balı da artacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/807693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR