Bakıda daha 2 mağaza satıcısı cərimələndi - Uşaqlara siqaret satdığına görə

Bakıda daha 2 mağaza satıcısı cərimələndi - Uşaqlara siqaret satdığına görə
16:15 4 Dekabr 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Sabunçu RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – E.Vəliyev və V.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3158538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR