Putin Sarkisyanı hədələdi (FOTO)

Putin Sarkisyanı hədələdi (FOTO)
20:46 16 Yanvar 2015
140 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması bu ölkənin mövcudluğuna zəmanətdir.

ANS PRESS-in məlumatına görə, bunu rusiyalı məşhur politoloq, Rusiya prezidenti Vladimir Putinin ideoloqu Aleksandr Duqin erməni mətbuatına müsahibəsində deyib.

Duqin bildirib ki, Ermənistan nəinki müstəqil şəkildə geniş seçimlər etməyə malikdir, ümumiyyətlə müstəqil heç bir seçim hüququ yoxdur.

"Postsovet məkanında hansı ölkə strateji məsələlərdə ABŞ-a güvənirsə, o ölkə ərazi bütövlüyünü itirir, vəssalam. Buna Gürcüstanı, Ukraynanı və Moldovanı misal göstərmək olar. Ona görə də Ermənistanın başqa çıxış yolu yoxdur", deyə Putinin ideoloqu bildirib.

Duqin Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, bildirib ki, Qarabağda ABŞ-dan başqa heç bir ölkə status-kvonun dəyişməsini istəmir: "ABŞ indi istənilən tərəfdən Rusiyaya hücum edir. Ona görə də Qarabağda mövcud status-kvo hər kəsə sərf edir".


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319954

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR