AFFA-dan Mahmud Qurbanova ağır cəza - Hakimi təhqir etdiyinə görə

AFFA-dan Mahmud Qurbanova ağır cəza - Hakimi təhqir etdiyinə görə
16:57 4 Dekabr 2019
113 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Milli.Az xəbər verir ki, qərar komitənin bugünkü iclasında birinci divizionun 12-ci turu müzakirə edildikdən sonra verilib.

"Neftçi-2" - "Kəpəz" görüşündə meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub. Məşqçiyə verilmiş cəzanın 3 görüşü şərti kimi tətbiq edilib və 3 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində Qurbanov yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/807704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR