Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib
19:02 4 Dekabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.
“Report” xəbər verir ki, 1/8 finalın son oyununda “Zaqatala”nı 2:0 hesabı ilə üstələyən “Sumqayıt” növbəti raunda vəsiqə qazanıb. Qolları 19-cu dəqiqədə penaltidən Rəhim Sadıxov, 70-ci dəqiqədə isə Əmir Ağayev vurub.
1/4 final
15/16-19/20 dekabr
5. “Qəbələ” - "Sabah"
6. “Səbail” - "Zirə"
7. “Neftçi” - "Sumqayıt"
8. “Qarabağ” - "Keşlə"
1/2 final
22 aprel/29 aprel
9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
10. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
Final
16 may
11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi
Qeyd edək ki, bunadən “Keşlə” “Kəpəz”i 3:1, “Zirə” “Qaradağ Lökbatan”ı 4:0, “Sabah” isə “Ağsu”nu 5:0 hesabı ilə məğlub edərək, 1/4 finala adlayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-kubokunda-1-4-final-merhelesinin-butun-cutleri-mueyyenlesib04122019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR