Tramp ona ikiüzlü dedi - Yayılan videoya görə

Tramp ona ikiüzlü dedi - Yayılan videoya görə
19:58 4 Dekabr 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Kanada baş naziri Castin Trüdonu ikiüzlü adlandırıb.

Publika.az xəbər verir ki, prezidentin bu yolla NATO sammiti çərçivəsində onu lağa qoyan baş nazirdən əvəz çıxmaq istədiyi bildirilir.

Qeyd edək ki, internetdə alyansın Londonda keçirilən zirvə görüşündən video yayılmışdı. Orada ölkə başçıları iclasa gecikənləri müzakirə edirlər. Britaniya baş naziri Boris Conson bildirir ki, mətbuat konfransına ən az 40 dəqiqə əvvəl gəlmək lazımdır. Kanada baş naziri Trüdo isə qeyd edir ki, prezidentin ətrafının danışmaqdan çənəsi düşüb.

Media isə onun Trampı nəzərdə tutduğunu iddia edir.

Jurnalistlər ABŞ prezidentindən bu barədə soruşanda o, baş naziri ikiüzlü adlandırıb. Lakin dərhal əlavə edib ki, Trüdo çox yaxşı oğlandır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/298134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR