Mingəçevirdə 35 yaşlı epilepsiya xəstəsi dərmandan zəhərlənib komaya düşdü

Mingəçevirdə 35 yaşlı epilepsiya xəstəsi dərmandan zəhərlənib komaya düşdü
20:32 4 Dekabr 2019
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə qadın dərmandan zəhərlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Mingəçevir şəhəri, ev 11a, mənzil 27-də baş verib.

Həmin ünvanda yaşayan, 1984-cü il təvəllüdlü Əliyeva Ülviyyə Göygöz qızı uzun müddət epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən evində dərman qəbul edib.

Ü.Əliyeva "lamiktal" həbi atdıqdan sonra dərman zəhərlənmə verib. Anası Həqiqət Dadaşova Ü.Əliyevanı evində huşsuz vəziyyətdə aşkar edərək təcili tibbi yardım briqadası çağırıb.

Həkimlərin köməyi ilə Ü.Əliyeva komatoz vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/807799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR