Bakıda 23 yaşlı oğlan evində bıçaqlandı

Bakıda 23 yaşlı oğlan evində bıçaqlandı
22:08 4 Dekabr 2019
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Bakıda bıçaqlanma hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1996-cı il təvəllüdlü Məmmədov Seymur Nizami oğlu qəsəbənin Mirzəyev küçəsi ev 4-də yaşayan, 1996-cı il təvəllüdlü Atakişiyev Mahir Əlixan oğlunun evinə gələrək qısqanclıq zəminində mübahisə edib.

Mübahisə nəticəsində S.Məmmədov üzərində gəzdirdiyi bıçaqla M.Atakişiyevə zərbə endirib. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlayıb, hadisəni törətməkdə şübhəli bilinən S.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3158803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR